BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının 2028-ci il prezident seçkilərində namizəd barədə qərar verməsinin vaxtının çatdığını bildirib.

Teleqraf xəbər verir ki, bu barədə o, “Fox News”a verdiyi müsahibədə danışıb.

“Bizim inanılmaz dərəcədə çox namizəd heyətimiz var. Konkret insanlar haqda danışmaq istəmirəm, çünki bunun üçün hələ bir az tezdir. Amma düşünürəm ki, bunun vaxtı artıq gəlir”, - Tramp qeyd edib.

Amerika liderindən namizədin ilkin seçkilərə əsasən seçilib-seçilməyəcəyi soruşulanda belə cavab verib: “Düşünürəm ki, sonda bu cür bir şey olacaq. Deyirlər ki, qalib Trampın dəstəklədiyi, yoxsa Trampın seçdiyi şəxs olacaq. Bunun doğru olub-olmadığını bilmirəm”.