BAKI, 4 noyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Respublikaçılar Partiyasının Konqresə aralıq seçkilərdə qalib gəlməsi üçün öz namizədliyinin həlledici rol oynaya biləcəyini bildirib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
“Mən namizədlər arasında deyildim. Əgər namizəd olsaydım, böyük üstünlüklə qalib gələrdik”, – ABŞ lideri qeyd edib.
Trampın açıqlaması Respublikaçılar Partiyasının Konqresə seçkilərdə mövqelərini itirə biləcəyinə dair proqnozların yayıldığı vaxta təsadüf edir.
CNN və "NBC News" telekanallarının qiymətləndirmələrinə görə, Nümayəndələr Palatasında çoxluğun respublikaçılardan demokratlara keçəcəyi gözlənilir. Senata seçkilərin yekun nəticələri isə hələ müəyyənləşməyib.
Qeyd edək ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 35, Nümayəndələr Palatasının isə bütün 435 üzvü seçilir. Eyni zamanda, 36 ştatda qubernator seçkiləri keçirilir.