BAKI, 4 noyabr. TELEQRAF
ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü, demokrat Summer Li Demokratlar Partiyasının aralıq seçkilərində qələbəsindən sonra Prezident Donald Trampın impiçmentinə nail olmaq istədiyini bildirib.
Teleqraf xəbər verir ki, konqres bu barədə “Politico”nun müvafiq sualını cavablandırarkən deyib.
“Ən yuxarıdan - Donald Trampdan başlamaq istəyirəm. Daha sonra onun əməllərinə şərait yaradan, bunlara yol verən və ya onunla birlikdə qanunsuz fəaliyyətlərdə iştirak edən hər kəsə keçmək istəyirəm”, - Li vurğulayıb.
Nəşr xatırladıb ki, hələ yayda digər demokrat konqresmen Ceymi Raskin də Donald Trampın vəzifədən kənarlaşdırılması ehtimalını istisna etmədiyini söyləmişdi.