BAKI, 5 noyabr. TELEQRAF
ABŞ-nin Hindistandakı səfiri Serxio Qor dövlət katibi vəzifəsində Marko Rubionu əvəz edə bilər.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Sun” Ağ Evdəki mənbələrə istinadla məlumat yayıb.
Administrasiya daxilində aparılan müzakirələrdən xəbərdar olan mənbələrin sözlərinə görə, Qorun adı bir sıra mühüm vəzifələrlə bağlı hallanır: “Xüsusilə, Ağ Ev Administrasiyasının rəhbəri və ya dövlət katibi vəzifəsində Marko Rubionu əvəzləməsi kimi”.
Mənbənin iddiasına görə, hazırda Ağ Evdə Qorun namizədliyi Donald Trampın prezidentlik müddətinin ikinci yarısında boşala biləcək yüksək vəzifələr üçün nəzərdən keçirilir.
“O, daha nəzərəçarpan və ictimaiyyət qarşısında görünən bir rol əldə etməyə çalışır”.