BAKI, 4 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma imzalanmasını da, hərbi əməliyyatların yenidən başlanmasını da istisna etmir.

Teleqraf xəbər verir ki, Amerika lideri bu barədə hərbi əməliyyatların yenidən başlayıb-başlamayacağı ilə bağlı “Fox News” telekanalının sualını cavablandırarkən deyib.

“Bu barədə danışmaq istəmirəm, amma İran özünü yaxşı aparmasa, bunu edəcəyəm. Bununla belə, müəyyən razılaşma da imzalaya bilərik. Əgər bu razılaşma hüquqi cəhətdən yaxşı olarsa və İran heç vaxt nüvə silahına sahib olmayacaqsa”, - Tramp qeyd edib.

ABŞ Prezidenti İranla münaqişəninin daha da gərginləşə biləcəyi ehtimalını da istisna etməyib:

“Bu və ya digər addımı atmaq üçün fürsətin olub-olmayacağına baxacağıq. Ölkəmiz üçün ən yaxşısını edəcəyik”.