BAKI, 4 noyabr. TELEQRAF

ABŞ-nin Kaliforniya ştatında poçt xidmətinin keçmiş əməkdaşına seçkilərlə bağlı məktubların ünvanlarına çatdırılmasına mane olmaq ittihamı irəli sürülüb.

Teleqraf xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.

Federal prokurorluq ABŞ Poçt Xidmətinin 35 yaşlı keçmiş əməkdaşı Antuan Rəşad Polaytı yüzlərlə məktubun çatdırılmasını qanunsuz olaraq gecikdirməkdə ittiham edir.

İstintaqın məlumatına görə, sentyabrın 23-dən oktyabrın 27-dək davam edən qanun pozuntusu nəticəsində seçkiqabağı təşviqat materialları və səsvermə ilə bağlı məlumatlar seçicilərə vaxtında çatdırılmayıb.

Bildirilib ki, məktublar poçt işçisinin xidmət göstərdiyi ərazidə yaşayan sakinlər üçün nəzərdə tutulub.

Antuan Rəşad Polaytın təqsiri məhkəmədə sübuta yetirilərsə, onu 18 ayadək həbs cəzası gözləyir.