BAKI, 4 noyabr. TELEQRAF

ABŞ-nin Florida və Corciya ştatlarında ilk dəfə qaradərili qubernatorlar seçilib.

Teleqraf xəbər verir ki, demokrat Kişa Lens Bottoms Corciyada, respublikaçı Bayron Donalds isə Floridada qalib gəlib.

Atlantanın keçmiş meri Bottoms respublikaçı milyarder iş adamı Rik Ceksonu məğlub edərək, 25 ildən sonra Corciyaya rəhbərlik edən ilk demokrat olub.

Floridada isə Donalds demokrat Devid Collini məğlub edib.

Respublikaçıların namizədliyi ABŞ Prezidenti Donald Tramp tərəfindən fəal şəkildə dəstəklənmişdi.