BAKI, 4 noyabr. TELEQRAF

“ABŞ Konqresinə keçirilən aralıq seçkilərin nəticələrinə əsasən, Nümayəndələr Palatası və Senatda nəzarəti ələ keçirən Demokratlar Partiyası Prezident Donald Trampı hərəkətlərinə görə məsuliyyətə cəlb edə biləcək”.

Teleqraf xəbər verir ki, bunu Vermont ştatından olan müstəqil senator Berni Sanders bildirib.

“İndi demokratlar Nümayəndələr Palatasına və Senata nəzarət edəcəklər və Trampı öz əməllərinə görə cavab verməyə məcbur edə biləcəklər. Bu, əladır. Gəlir və sərvət bərabərsizliyinin bu qədər böyük olduğu şəraitdə daha çox iş görməliyik”, - o, X sosial şəbəkəsində yazıb.

Sanders həmçinin yeni Konqresi əməkçi ailələrin maraqları uğrunda mübarizə aparmağa çağırıb.