BAKI, 8 mart. TELEQRAF

Prezident Donald Tramp Almaniyadakı ABŞ qoşunlarını Macarıstanda yerləşdirməyi düşünür.

Teleqraf Britaniya mətbuatına istinadən xəbər verir ki, ABŞ-nin ölkə xaricində olan 160 min hərbi qulluqçusunun əksəriyyəti Almaniyada yerləşir.

ABŞ Milli Təhlükəsizlik Nümayəndəsi Brayan Hyuz hazırda bu məsələ ilə bağlı konkret qərarların olmadığını vurğulayıb. Eyni zamanda, Vaşinqton milli maraqlarının təhlükəsizliyi üçün dünyanın strateji nöqtələrinə qoşun yeritmək imkanını nəzərdən keçirir.