BAKI, 6 noyabr. TELEQRAF
ABŞ noyabrın 9-da İrana qarşı hərbi əməliyyatları bərpa etməyi nəzərdən keçirir.
Teleqraf xəbər verir ki, bu barədə “Fox News” mənbələrə istinadla məlumat yayıb.
Kanalın mənbələrinə görə, mövzu ilə bağlı Ağ Evdə çərşənbə və cümə axşamı günləri görüş keçirilib. Qeyd edilib ki, hərbi əməliyyatların noyabrın 9-da bərpa edilməsi variantı nəzərdən keçirilir: “Çünki həmin tarixdə yeni ay görünəcək və bu, əməliyyat üçün əlverişli şərait yaradacaq”.
Bundan əlavə, telekanal xəbər verib ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) hərbi əməliyyatların bərpası üçün hazırlıqları yekunlaşdırsa da, hələlik yeni direktivlər almayıb.