.jpg)
BAKI, 8 mart. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ukraynaya yardım üçün külli miqdarda pul xərcləməyi dayandırmaq istədiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri Oval kabinetdəki çıxışında bildirib.
“ABŞ-dən böyük pul ödənişlərini dayandırmaq istəyirəm. Bayden dövlətin pulunu su kimi pul paylayıb", - Amerika lideri deyib.
Tramp vurğulayıb ki, Avropadan fərqli olaraq Birləşmiş Ştatlar onun yardımı müqabilində heç nə almayıb. ABŞ prezidenti qeyd edib ki, Avropa İttifaqının Ukrayna münaqişəsini necə bitirmək barədə heç bir fikri yoxdur.