BAKI, 28 noyabr. TELEQRAF
“ABŞ-nin Bəsrə körfəzindəki müttəfiqləri - ərəb ölkələrinin neft-qaz obyektlərinə dağıdıcı zərbələrin endirilməsi Amerikanın ən zəif nöqtəsidir. İranın bu təsirli və effektiv vasitədən istifadə etməsi dəniz mühasirəsini zərərsizləşdirə bilər”.
Teleqraf xəbər verir ki, bunu İran ali rəhbərliyinə bağlı “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari deyib.
“Bəs niyə bu rıçaqdan istifadə etməməliyik? Deyirlər ki, belə bir addım mehriban qonşuluq prinsiplərinə uyğun deyil. O zaman soruşmaq lazımdır: ərəb ölkələrinin ABŞ və İsraillə birlikdə İrana qarşı hərbi hücumda iştirak etməsi mehriban qonşuluğun göstəricisidirmi? ABŞ-nin ölkəmizə qarşı tətbiq etdiyi dəniz mühasirəsinə qarşı mübarizə təkcə qanuni və beynəlxalq hüquq normaları çərçivəsində qəbul edilən addım deyil, həm də müharibənin məqbul tərkib hissəsidir”, - o bildirib.