BAKI, 26 noyabr. TELEQRAF
“Bəsic” üzvləri İslamın və İslam quruluşunun düşmənlərinə zərbə vurmaq üçün heç bir fürsəti əldən verməyəcəklər”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Müctəba Xamenei “Bəsic həftəsi” münasibətilə yazılı müraciətində deyib.
“Bəsic” Təşkilatı yeni transformasiya və yenidən doğuluş mərhələsini yaşamalı, “Bəsic”in daha təkmil və müasir formalarını yaratmalıdır”, - o bildirib.
Müctəba Xameneinin müraciətində vurğulanıb ki, bundan sonra “hər bir iranlı - bir bəsicçi” şüarının həyata keçirilməsi istiqamətində inamlı, qətiyyətli və düşünülmüş addımlar atılmalıdır.
Müraciətdə həmçinin iddia edilib ki, “Bəsic” mövcud olduğu müddətdə rəsmi və qeyri-rəsmi qurumların bir çox çatışmazlıqlarını kompensasiya edib.