BAKI, 28 noyabr. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Co Baydenin “Mənə söz ver, Amerika” (“Promise Me, America”) adlı memuarlarının satış göstəriciləri ilk həftədə olduqca aşağı olub.

Teleqraf xəbər verir ki, bu barədə “New York Post” nəşri məlumat yayıb.

Bildirilib ki, noyabrın 17-də satışa çıxarılan kitabın ilk yeddi gün ərzində cəmi 21 min nüsxəsi satılıb.

Müqayisə üçün qeyd olunub ki, ABŞ-nin keçmiş prezidenti Barak Obamanın 2020-ci ildə nəşr olunan “Vəd edilmiş torpaq” (“A Promised Land”) adlı memuarlarının ilk həftədə bir milyon nüsxəsi satılmışdı.

“Açığı, Co Bayden ümumiyyətlə kimin marağındadır?” – sabiq prezidentin keçmiş köməkçilərindən biri nəşrə açıqlamasında bildirib.

Məlumata görə, Bayden memuarlarına görə 10 milyon dollar avans alıb.