BAKI, 28 noyabr. TELEQRAF
ABŞ administrasiyasının altıya yaxın yüksək rütbəli nümayəndəsi şəxsi təhlükəsizlikləri ilə bağlı narahatlıqlar səbəbindən mühafizə olunan hərbi obyektlərə köçüb.
Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Bildirilib ki, bu, ABŞ tarixində rekord göstəricidir. Donald Trampın sələflərinin hakimiyyəti dövründə yüksək vəzifəli məmurların hərbi bazalarda yaşamasına nadir hallarda rast gəlinib.
Hərbi bazalara köçənlər arasında ABŞ-nin maliyyə naziri Skott Bessent, ədliyyə naziri Todd Blanş, Ağ Ev administrasiyasının rəhbərinin müavini Stiven Miller, dövlət katibi Marko Rubio və Pentaqon rəhbəri Pit Heqsetin olduğu bildirilir.
CNN-in məlumatına görə, yüksək vəzifəli şəxslər xaricdən gələn təhdidlərdən, eləcə də ölkə daxilində siyasi motivli zorakılıq hallarından narahatdırlar.