BAKI, 25 noyabr. TELEQRAF

Türkiyədə Liviya Milli Ordusunun baş komandanı marşal Xəlifə Haftar, baş komandanın müavini general-leytenant Səddam Haftar, Baş Qərargah rəisi general-leytenant Xalid Haftar və Liviya İnkişaf və Yenidənqurma Fondunun rəhbəri Bilqasım Haftarla Ankarada görüş keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ankarada baş tutan görüşdə Türkiyə xarici işlər naziri Hakan Fidan, energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın iştirak edib.