BAKI, 26 noyabr. TELEQRAF
İsrail və ABŞ birgə sınaqlar çərçivəsində qabaqcıl dronlardan qaynaqlanan təhdidlərə qarşı mübarizə məqsədilə 20-yə yaxın müxtəlif sistemi sınaqdan keçirib.
Teleqraf xəbər verir ki, bu barədə “Jerusalem Post” İsrail Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
Sınaqlar İsraildə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM), elmi-tədqiqat qurumlarının və hər iki ölkənin müdafiə sənayesi şirkətlərinin iştirakı ilə keçirilib.