BAKI, 26 noyabr. TELEQRAF
“HƏMAS könüllü şəkildə silahı yerə qoymasa, İsrail ordusu onun tərksilah edilməsi üçün Qəzza zolağında yeni hərbi əməliyyata başlayacaq”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“HƏMAS ya könüllü şəkildə tərksilah edilməli və ABŞ Prezidenti Donald Trampın planına uyğun olaraq Qəzza zolağı silahsızlaşdırılmalıdır, ya da İsrail ordusu onu özü tərksilah edəcək”, - nazir bildirib.
Kats əlavə edib ki, HƏMAS-ın Qəzza zolağının qalan 30 faizinə nəzarət etməsi illüziyadan başqa bir şey deyil.
Müdafiə naziri həmçinin vurğulayıb ki, İsrail ordusu HƏMAS-ın fəaliyyətinə son qoymaq, onun silahlarını və tunellərini məhv etmək istiqamətində səylərini davam etdirəcək.