BAKI, 27 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İraq Baş naziri Əli əl-Zeydinin neft qaçaqmalçılığına qarşı mübarizə səylərini dəstəklədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə o, sosial mediada yazıb.

“İraq Baş naziri Əli əl-Zeydinin ölkə bütün ölkə ərazisində dövlət hakimiyyətinin bərqərar edilməsi, neft qaçaqmalçılığının dayandırılması, korrupsiyanın kökünün kəsilməsi və bütün silahların yalnız dövlət nəzarətinə verilməsi istiqamətindəki səylərini dəstəkləyirik”, - Ağ Ev rəhbəri bildirib.

Noyabrın 24-də İraq hökumətinin başçısı Əli əl-Zeydi Kürd Muxtariyyətinin rəhbərliyinə neft və neft məhsullarının ixracını qadağan edib, həmçinin muxtar regionun ərazisindəki bütün sərhəd-keçid məntəqələri federal hakimiyyətin idarəçiliyinə verilib.

Muxtar regionun hökuməti baş nazirin göstərişlərini birtərəfli, konstitusiyaya zidd və qəbuledilməz hesab edib. Bölgənin baş naziri Məsrur Bərzani bildirib ki, İraq hökumətinin başçısının göstərişləri tərəflərin əvvəllər Bağdadda apardıqları danışıqların nəticələrinə uyğun gəlmir.