BAKI, 28 noyabr. TELEQRAF

Qazaxıstanın Türküstan şəhərində Türk Şahmat Assosiasiyasının çempionatı başa çatıb.

Teleqraf xəbər verir ki, Azərbaycan şahmatçıları həm kişilərin, həm də qadınların yarışında qızıl medal qazanıblar.

Kişilərin mübarizəsində 14-cü turda təmsilçimiz Nicat Abasov Qırğızıstan şahmatçısı Ediyar Orozbayevlə heç-heçə edib. 14 turdan sonra 9 xal toplayan Nicat Abasov bütün rəqiblərini qabaqlayaraq qalib olub.

Qadınların çempionatının son turunda isə Gövhər Beydullayeva Qazaxıstan şahmatçısı Zarina Nurgaliyeva ilə xalı yarı bölüb. Yekunda 10 xal toplayan Gövhər Beydullayeva birinci yeri tutub.

Beləliklə, Azərbaycan təmsilçiləri həm kişilərin, həm də qadınların yarışında çempion olublar. Qaliblərin şərəfinə çempionatın bağlanış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni iki dəfə səsləndirilib.