BAKI, 28 noyabr. TELEQRAF

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna Rusiya ilə Ukrayna arasında müharibənin başa çatmasına az qaldığını düşünür.

Teleqraf xəbər verir ki, konqresmen bu barədə “X” sosial şəbəkəsindəki hesabında ABŞ Prezidenti Donald Trampın açıqlamalarını şərh edərkən yazıb.

“Sülh sazişi yaxındır”, – Luna bildirib.

Konqresmen digər paylaşımında Ağ Ev rəhbərinin Ukraynadakı müharibənin başa çatması üçün fəal səylər göstərdiyini vurğulayıb.

Luna həmçinin bir çox həmkarının hərbi əməliyyatların dayandırılması üçün münaqişənin hər iki tərəfi ilə dialoq aparılmasının zəruriliyini hələ də anlamamasından təəccübləndiyini bildirib.

Xatırladaq ki, Donald Tramp daha əvvəl Rusiya ilə Ukrayna arasında sülhə nail olmaq üçün çalışdığını, eyni zamanda İran məsələsi ilə məşğul olduğunu açıqlamışdı.