BAKI, 26 noyabr. TELEQRAF

Oman sahillərində tankerə hücum edilib.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Gəmilərinin Hərəkətinin Koordinasiyası Mərkəzi (UKMTO) məlumat yayıb.

“UKMTO Oman sahillərində, Xəsab şəhərindən 18 dəniz mili şərqdə baş vermiş insident barədə məlumat alıb. Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, Hörmüz boğazından çıxmağa çalışan tanker naməlum mərmi ilə vurulub”, - koordinasiya mərkəzindən bildirilib.

Hadisə nəticəsində xəsarət alanların olub-olmadığı barədə məlumat verilmir. Gəminin adı və hansı limana qeydiyyatda olduğu açıqlanmayıb.