BAKI, 27 noyabr. TELEQRAF
İran və Oman Hörmüz boğazında üçüncü gəmiçilik marşrutunun müəyyən edilməsi ilə bağlı razılığa gəlib. Amma Tehran müvafiq sazişin imzalanmasını ABŞ-nin İranın irəli sürdüyü yeddi şərti qəbul etməsi ilə əlaqələndirib.
Teleqraf xəbər verir ki, bu barədə Al Jazeera” İran mənbələrinə istinadla məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Oman sazişin imzalanmasında maraqlı olsa da, Tehran İran ABŞ-nin öz şərtlərini qəbul edənədək sənədi imzalamaqdan imtina edir.
Mənbə yeni gəmiçilik marşrutunun coğrafi mövqeyi, koordinatları və ondan istifadə mexanizmi barədə heç bir təfərrüatı açıqlamayıb.