BAKI, 27 noyabr. TELEQRAF
İran Silahlı Qüvvələri ölkənin Ali rəhbəri Müctəba Xameneinin əmri ilə döyüşə hazır vəziyyətə gətirilib.
Teleqraf xəbər verir ki, bunu İran Quru Qoşunları komandanının müavini Sirus Amanullahi deyib.
“Əgər düşmənlər (ABŞ və İsarili nəzərdə tutur - red.) indiyədək ərazimizdə quru əməliyyatı həyata keçirə bilməyiblərsə, bunun səbəbi xalqın iştirakıdır. Sonuncu nəfərədək düşmənin İran torpaqlarına daxil olmasına imkan verməyəcəyik və ölkəmizi nəyin bahasına olur-olsun müdafiə edəcəyik. Sərhədlərimizə göz dikən istənilən düşmənə, sahib malik olduğu hərbi gücdən asılı olmayaraq, damarlarımızda qan axdığı müddətcə müqavimət göstərəcəyik.
Silahlı Qüvvələr Ali Baş Komandanın (Müctəba Xamenei) rəhbərliyi altında ən yüksək səviyyədə döyüşə hazır vəziyyətə gətirilib”, - o qeyd edib.