BAKI, 28 noyabr. TELEQRAF
Macarıstanın Ukraynaya gələcək maliyyə dəstəyi ilə bağlı mövqeyi Brüsselin vəsait ayırmaq üçün irəli sürdüyü şərtlərdən və onların ölkənin dövlət büdcəsinə təsirindən asılı olacaq.
Teleqraf xəbər verir ki, bunu Macarıstanın hakim “Tisa” partiyasının deputatı Jolt Yudak “İzvestiya” nəşrinə açıqlamasında bildirib.
“Avropa İttifaqının Ukraynaya gələcək maliyyə dəstəyi məsələsində əsaslandırılmış mövqe konkret təkliflər, maliyyələşdirmə şərtləri və onların Macarıstanın büdcəsi üçün doğuracağı nəticələrlə tanış olduqdan sonra formalaşdırıla bilər”, – deputat vurğulayıb.
Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələr qurumun 2028-2034-cü illər üzrə büdcəsinin üç əsas elementi ilə bağlı razılığa gələ bilməyiblər.
Avropalı diplomatik mənbənin məlumatına görə, yeddiillik büdcə və 2027-ci ildə Kiyevə əlavə 45 milyard avro ayrılması ilə bağlı danışıqların nəticəsiz qalmasından sonra Aİ liderləri Brüssel sammitinin ikinci gününü ləğv ediblər.