BAKI, 28 noyabr. TELEQRAF

Hörmüz boğazında iki neft tankeri dəniz minasına düşərək yanıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi məlumat verib.

“Təsnim” agentliyinin yaydığı açıqlamaya görə, tankerlərdən biri gəmiçilik qaydalarını pozaraq Oman Sultanlığının Xəsəb limanı yaxınlığında dəniz minasına düşüb və alovlanıb.

İranın icazə vermədiyi marşrutla hərəkət edən digər tanker isə Hörmüz boğazının şərqində minaya düşərək yanıb.

Tankerlərin hansı ölkələrə məxsus olduğu, eləcə də ölən və yaralananların olub-olmaması barədə məlumat verilməyib.