BAKI, 25 noyabr. TELEQRAF

İran parlamentinin deputatı Hüseyn Səmsami Prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökuməti ABŞ-nin planları çərçivəsində hərəkət etməkdə ittiham edib.

Teleqraf xəbər verir ki, bu barədə o, parlamentin iclasında bildirib.

“Həm Mərkəzi Bank, həm də hökumət düşmənin planına uyğun hərəkət edir. Bunun izahı odur ki, Mərkəzi Bank iqtisadi müharibədə düşmənin əsas aləti olan valyuta məzənnəsini hər gün artırır və biz hər gün bazarda xarici valyutanın qiymətinin bahalaşmasının şahidi oluruq.

Bir tərəfdən valyuta məzənnəsi artır, digər tərəfdən isə malların idxalını və qiymətlərinin müəyyənləşdirilməsini sərbəst bazarın ixtiyarına buraxırıq. Nəticədə valyuta bazarında əlavə tələb yaradırıq”, - Hüseyn Səmsami qeyd edib.