BAKI, 28 noyabr. TELEQRAF

Perunun tropik meşələrində hərbi helikopterin qəzaya uğraması nəticəsində azı beş hərbçi həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Sun” nəşri məlumat yayıb.

Bildirilib ki, helikopter patrul qrupunun təxliyəsi üzrə tapşırığı yerinə yetirərkən radarlardan itib.

Perunun Hərbi Hava Qüvvələri beş ekipaj üzvünün həlak olduğunu təsdiqləyib.

Daha üç nəfər itkin düşmüş hesab olunur.

Hazırda ərazidə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Qəzanın səbəbləri barədə məlumat verilməyib.