BAKI, 26 noyabr. TELEQRAF
“İsrail ordusu ABŞ-nin iştirakı olmadan belə, istənilən an İran İslam Respublikasına zərbə endirməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İsrail ordusunun sözçüsü Avi Dafrin yerli mediaya deyib.
“Vəziyyəti diqqətlə izləyirik, istənilən an güclü zərbə endirməyə hazırıq. Hətta müstəqil şəkildə, amerikalıların iştirakı olmadan da”, - o bildirib.
İranla mövcud hərbi gərginliyə toxunan Avi Dafrin İsrail silahlı qüvvələrinin fəaliyyətinə dair təlimatlarda heç bir dəyişikliyin olmadığını vurğulayıb.
“İran İsraili məhv etmək niyyətindən geri çəkilməyib, hələ də bu məqsədə çatmaq üçün çalışır”, - İsrail ordusunun sözçüsü əlavə edib.