BAKI, 26 noyabr. TELEQRAF

“ABŞ-nin istənilən təcavüzü İranın hərbi və xalq qüvvələrinin dərhal, sarsıdıcı və gözlənilməz cavabı ilə qarşılaşacaq”.

Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı Əhməd Vahidi deyib.

SEPAH-ın baş komandanı iddia edib ki, “Bəsic” qüvvələri İranın düşmənlərinin hibrid təhdidlərinə qarşı mübarizədə sistemin qüdrətli dayağıdır.

Vahidi qeyd edib ki, “daha güclü İran”ın qurulması xalqın böyük potensialından və “Bəsic” ruhundan istifadəsindən asılıdır.