BAKI, 27 noyabr. TELEQRAF
“İran Hərbi Dəniz Qüvvələri Ali Baş Komandan Müctəba Xameneinin göstəriş və əmrlərinə uyğun olaraq, ABŞ və İsrailin istənilən təhdid və təcavüzünə qətiyyətli, effektiv və peşmanedici cavab verməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) “Xatəmül-Ənbiya” Mərkəzi Qərargahının rəisi Əli Abdullahi deyib.
“Bəsrə körfəzi və Hörmüz boğazı qlobal hegemoniya cəbhəsi və İsraillə strateji qarşıdurma mərkəzinə çevrilib”, - o əlavə edib.