BAKI, 26 noyabr. TELEQRAF
Bağdadın Əl-Kərx rayonunun Cinayətlər Məhkəməsi İŞİD terror təşkilatının fəaliyyətində iştirak etdiklərinə görə səkkiz Fransa vətəndaşını ömürlük, daha iki nəfəri isə 15 il müddətinə azadlıqdan məhrum edib.
Teleqraf xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurası məlumat yayıb.
“Bu on hökmün çıxarılmasından sonra iş üzrə məhkum edilmiş Fransa vətəndaşlarının ümumi sayı 26-ya çatıb”, - məhkəmənin məlumatında bildirilib.
Qurum qeyd edib ki, onların hamısı Suriyanın şimal-şərqindəki rayonlardan İraq məhkəmə orqanlarına təhvil verilib.