BAKI, 27 noyabr. TELEQRAF

Estoniya-Azərbaycan münasibətləri müsbət dinamika ilə inkişaf edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov estoniyalı həmkarı Marqus Tsaxna ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan və Estoniya arasında əməkdaşlığın genişləndirilməsi çərçivəsində daha 8 yeni sənədin imzalanması nəzərdə tutulur.