BAKI, 25 noyabr. TELEQRAF

Yəməndə fəaliyyət göstərən “Ənsarallah” (husilər) terror təşkilatı Səudiyyə Ərəbistanının Ras-Tənnurə şəhərində yerləşən neft emalı zavoduna zərbə endirib.

Teleqraf xəbər verir ki, bu barədə təşkilatın nümayəndəsi Yəhya Səriya məlumat verib.

Səriya bildirib ki, husilər iki hərbi əməliyyat keçiriblər. Birinci əməliyyat Səudiyyə Ərəbistanının Şərq vilayətində yerləşən Ras-Tənnurə neft emalı zavoduna qarşı olub.

Təşkilat nümayəndəsinin iddiasına görə, obyektə dəqiq zərbələr endirilib və nəticədə yanğın baş verib.

Husilər Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadın maliyyə rayonuna da hücum ediblər. Səriya qeyd edib ki, üç mərhələdə həyata keçirilən əməliyyat nəticəsində əraziyə ciddi ziyan dəyib.