BAKI, 27 noyabr. TELEQRAF
Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrinə torpaq sahələri ilə bağlı yeni sənəd tələbinin daxil edilməsi təklif olunur.
Teleqraf xəbər verir ki, qanun layihəsinə əsasən, torpaq sahələrinin dövlət qeydiyyatı zamanı müəyyən hallarda torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim edilməlidir.
Bunun üçün iki əsas qanunvericilik aktına dəyişiklik edilməsi nəzərdə tutulur.
Mülki Məcəlləyə təklif olunan əlavəyə görə, torpaq sahəsinin planı və ölçüsü sənədi dövlət qeydiyyatı üçün təqdim edilən sənədlərin siyahısına daxil ediləcək.
Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna da müvafiq əlavə ediləcək.
Diqqətçəkən məqam ondan ibarətdir ki, yeni sənəd tələbinin tətbiqi konkret hallarla məhdudlaşdırılır. Həmin halları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum müəyyən edəcək.
Dəyişikliklər qüvvəyə mindiyi təqdirdə, torpaq sahələrinin qeydiyyatı ilə bağlı prosedurlarda yeni sənəd tələbi formalaşacaq.