BAKI, 25 noyabr. TELEQRAF
İraq Kürd Muxtariyyətinin Nazirlər Şurası Bağdadın bölgədəki neft yataqları və sərhəd-keçid məntəqələrinin idarəçiliyinin regional administrasiyadan alınması ilə bağlı qərarından narahatlığını bildirib.
Teleqraf xəbər verir ki, iclas muxtariyyətin baş naziri Məsrur Bərzaninin sədrliyi ilə keçirilib.
Nazirlər Şurasının bəyanatında deyilir: “Bu qərarlar Konstitusiyanı və İraq Kürdüstanı regionunun qanuni hüquqlarını pozur, həmçinin İraqı yenidən mərkəzləşdirilmiş idarəetmə sisteminə qaytarmaq cəhdlərinin təhlükəli əlamətidir”.
Regional Nazirlər Şurası iddia edib ki, bu addımlar İraq Kürdüstanı regionunun qanuni mövcudluğuna qarşı əvvəlcədən hazırlanmış planın bir hissəsidir.
İraq Baş naziri Əli əz-Zeydi dünən Kürd Muxtariyyətinin rəhbərliyinə neft və neft məhsullarının ixracına icazə verməyi qadağan edib. Rəsmi Bağdad bəyan edib ki, səlahiyyətlərin təkrarlanmasının qarşısını almaq məqsədilə İraq Kürdüstanı hökumətinə neft və neft məhsullarının ixracına dair icazələrin yalnız federal Neft Nazirliyi vasitəsilə verilməsi tapşırılıb.
Əli əz-Zeydi bütün sərhəd-keçid məntəqələrinin federal hökumət nümayəndələrinin idarəçiliyinə verilməsi barədə də göstəriş verib.