BAKI, 25 noyabr. TELEQRAF
“İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ni əhəmiyyətli dərəcədə geri çəkilməyə məcbur etməyə hazırdır”.
Teleqraf xəbər verir ki, bunu SEPAH-ın baş komandanı Əhməd Vahidi deyib.
“SEPAH bütün strukturları - Aerokosmik Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Quru Qoşunları, “Qüds” Qüvvələri və “Bəsic” Təşkilatı ilə birlikdə meydanda əvvəlkindən daha güclü və hazırlıqlıdır. Düşməni əhəmiyyətli dərəcədə geriyə çəkilməyə məcbur etməyə hazırdır. Düşmən bu gün heç bir addım ata bilmir və məğlubiyyəti bütün varlığı ilə hiss edir”, - Əhməd Vahidi bildirib.