BAKI, 16 noyabr. TELEQRAF

Bəhreyndə məhkəmə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə ittiham olunan şəxsləri 15 ildən ömürlüyə qədər müxtəlif müddətlərə azadlıqdan məhrum edib.

Teleqraf xəbər verir ki, təqsirləndirilən şəxslərdən bəziləri 100 min Bəhreyn dinarı məbləğində cərimə olunub.

Həmçinin məhkəmə qərarı ilə onların 8 milyon dinardan artıq vəsaiti və digər əmlakları dövlətin xeyrinə müsadirə edilib.

Bəhreyn Baş Prokurorluğunun açıqlamasına görə, həmin şəxslər İranın “vilayəti-fəqih” nəzəriyyəsini təbliğ etmək və üsyan, təxribat, sabotaj kimi qanunsuz üsullardan, o cümlədən zor tətbiq etməklə ölkədə dövlət idarəçiliyi sistemini dəyişdirmək məqsədilə fəaliyyət göstəriblər.

Qurum bildirib ki, qrupun liderləri tapşırıqlar və göstərişlər almaq məqsədilə SEPAH və İranın kəşfiyyat orqanlarının nümayəndələri ilə təmasda olubkar.