BAKI, 16 noyabr. TELEQRAF

“Hazırkı şəraitdə İran və ABŞ arasında razılığa gəlmək mümkün deyil”.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib.

O bildirib ki, Vaşinqton İranın təklifinə cavabında bəzi şərtlərin yerinə yetirilməsini sonrakı mərhələlərə təxirə salıb. Qəriabadi hesab edir ki, bu şəraitdə tərəflər arasında razılığa gəlmək mümkün deyil.

Nazir müavini ABŞ-nin etibarlı tərəfdaş olmadığını sübut etdiyini də iddia edib.

“İlk növbədə, ABŞ İranın bütün şərtlərinin yerinə yetiriləcəyinə dair lazımi təminatlar verməlidir”, diplomat vurğulayıb.

Kazım Qəribabadi həmçinin qeyd edib ki, İranın Hörmüz boğazının yenidən açılması ilə bağlı planının müddəti 7 gündən 2 günə endirilib.