BAKI, 12 noyabr. TELEQRAF
Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi ilə Çin Xalq Respublikasının Milli Enerji Administrasiyası arasında “Bərpaolunan enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar məlumat verib.
Nazir bildirib ki, təxminən 15 milyard dollar həcmində investisiyanın yatırılmasını nəzərdə tutan razılaşma çərçivəsində ümumi gücü 7 min meqavat olan günəş və külək elektrik stansiyalarının, yeni enerji saxlama sistemlərinin və 4 min meqavatlıq elektrik ötürmə infrastrukturunun inşası hədəflənir.