BAKI, 13 noyabr. TELEQRAF
Hörmüz boğazının şərq hissəsində İrana məxsus marşrutdan kənar hərəkət etməyə cəhd göstərən mayeləşdirilmiş qaz daşıyan gəmi dəniz minasına düşüb.
Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, gəmi dəfələrlə edilən xəbərdarlıqlara məhəl qoymayaraq boğazın İran tərəfindən icazə verilməyən və təhlükəli cənub marşrutu ilə hərəkət etməyə çalışıb. Nəticədə güclü partlayış baş verib.