BAKI, 16 noyabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu ordu komandanlığının, daxildəki siyasi rəqiblərinin və ABŞ-nin etirazlarına baxmayaraq, İrana hücum səylərini davam etdirir.

Teleqraf xəbər verir ki, bu barədə “Haaretz” məlumat yayıb.

Nəşrin yazdığına görə, bu maneələr ən azı indiki şəraitdə hücumun qarşısını almaq üçün kifayət edib.

“Haaretz” əlavə edib ki, Netanyahu Tehranı dünya üçün təhlükə kimi təqdim etməkdə israrlıdır. Mənbə həmçinin qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın son iki açıqlaması onun qarşıdakı həftələrdə Bəsrə körfəzi ilə bağlı mümkün hədəflərinə dair müəyyən işarələr verir. Amma məqalədə bu açıqlamaların təfərrüatları verilməyib.