BAKI, 16 noyabr. TELEQRAF
Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndəsi Giorgi Zurabaşvili ilə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin arasında ilk görüş tezliklə baş tutacaq.
Teleqraf xəbər verir ki, bu barədə Gürcüstan Baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
“Çox güman ki, görüş tezliklə baş tutacaq. Onun nə vaxt və harada keçiriləcəyi barədə məlumatı daha sonra paylaşacağıq. Ola bilsin, bu, Tbilisidə, Moskvada və ya başqa yerdə baş tutmasın. Müvafiq məlumatı ictimaiyyətlə bölüşəcəyik”, - Kobaxidze qeyd edib.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyi bundan əvvəl Gürcüstanla dialoqun bərpa edildiyini açıqlamışdı.