BAKI, 13 noyabr. TELEQRAF
Suriyanın Deyr əz-Zor əyalətində baş verən atışma nəticəsində ordunun bir əsgəri həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Suriya mediası məlumat yayıb.
İki əsgər yaralanıb. Hücum əyalətin şərq hissəsində yerləşən Cədid Bəqərə kəndində baş verib. Motosiklet sürən naməlum şəxslər əsgərlərə atəş açıblar.