BAKI, 16 noyabr. TELEQRAF
Azərbaycan 2030-cu ildə "WPC Energy" Konqresinə ev sahibliyi edəcək.
Teleqraf xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov sosial şəbəkə hesabında qeyd edib.
Nazir bildirib ki, “WPC Energy”nin prezidenti Pedro Miras ilə Azərbaycanın 2030-cu ildə 27-ci WPC Energy Konqresinə ev sahibliyi etməsinə dair Anlaşma Memorandumu imzalanıb.
"Dünya neft sənayesinin beşiyi olan Azərbaycanda bu mötəbər Konqresin keçirilməsi dünya enerji sənayesinin tarixi kökləri ilə müasir inkişafının bir araya gəlməsi, ölkəmizin qlobal enerji dialoqunda rolunun gücləndirilməsi və beynəlxalq enerji tərəfdaşlıqlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır", - deyə o qeyd edib.