BAKI, 16 noyabr. TELEQRAF

İki neft tankeri Hörmüz boğazından keçərkən minaya düşərək partlayıb.

Teleqraf xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.

“Bir neçə saat əvvəl cənub marşrutu ilə qanunsuz keçməyə cəhd göstərən iki neft tankeri dəniz minalarına düşərək partlayıb. Bir neçə saat ərzində Hörmüz boğazının səması güclü partlayışların işığı ilə aydınlanıb”, - açıqlamada bildirilib.

Qeyd edilib ki, tankerlərin partlaması nəticəsində ətraf sular çirklənib.

Gəmilərin ekipaj üzvlərinin vəziyyəti barədə isə məlumat verilməyib.