BAKI, 16 noyabr. TELEQRAF
Bu məqsədlə aidiyyəti qurumlar tərəfindən uzunmüddətli maliyyələşmə mexanizmlərinin yaradılması, milli valyutada uzunmüddətli yığımların təşviqi və nağdsız dövriyyənin genişləndirilməsi istiqamətində iş aparılır.
Teleqraf xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov"Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.
Nazir qeyd edib ki, cari ildə vençur və kraudfandinq maliyyələşdirmə mexanizmləri üzrə qanunvericilik çərçivəsi formalaşdırılmış, habelə kapital və kriptoaktivlər bazarları üzrə də yeni tənzimləyici çərçivənin yaradılması istiqamətində tədbirlər görülür.