BAKI, 16 noyabr. TELEQRAF
Bakının Binəqədi rayonunda hasarın aşması nəticəsində qadın ölüb.
Teleqraf xəbər verir ki, hadisə noyabrın 15-də qeydə alınıb.
1978-ci il təvəllüdlü Nuriyeva Samirə Nəsir qızı piyada hərəkətdə olarkən boş torpaq sahəsinin ətrafına mişar daşlarından hörülmüş hasar onun üzərinə aşıb. Nəticədə qadın hadisə yerində ölüb.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.