BAKI, 15 noyabr. TELEQRAF

İsraildə İran kəşfiyyatına işləməkdə şübhəli bilinən ölkə vətəndaşı Visam Qalib Saleh Avad saxlanılıb.

Teleqraf xəbər verir ki, bu barədə İsrail polisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, V.Avad Ümumi Təhlükəsizlik Xidməti və polisin birgə əməliyyatı zamanı İran kəşfiyyatı üçün fotoçəkiliş apararkən yaxalanıb.

İstintaqla onun öz təşəbbüsü ilə teleqram vasitəsilə İran nümayəndələri ilə əlaqə yaratdığı, maddi qarşılıq olmadan (ideoloji səbəblərdən) strateji obyektlərin, hərbi bazaların və polis bölmələrinin fotolarını, eləcə də sənədləri və oriyentirləri qarşı tərəfə ötürdüyü müəyyən edilib. Prokurorluq noyabrın 15-də ona qarşı ağır cinayətlər üzrə ittiham irəli sürəcək və məhkəmə prosesi bitənədək həbsdə saxlanılması barədə vəsatət qaldıracaq.