BAKI, 15 noyabr. TELEQRAF
Bəhreyn Daxili İşlər Nazirliyi İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) ölkə ərazisinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirməsi barədə açıqlamasından sonra səhər saatlarında iki dəfə təhlükə xəbərdarlığı yayıb.
Teleqraf xəbər verir ki, nazirliyin "X" sosial şəbəkə hesabında yayılan məlumatda ölkə vətəndaşları və sakinləri təmkinli olmağa, ən yaxın təhlükəsiz yerə sığınmağa və rəsmi kanallardakı xəbərləri izləməyə çağırılıb.
İlk xəbərdarlıq səhər tezdən, ikincisi isə bir neçə saat sonra verilib. Qurum təhlükənin nədən ibarət olduğunu açıqlamayıb.
Xatırladaq ki, daha əvvəl SEPAH Bəhreyndəki Ər-Rifaa helikopter bazasında yerləşən ABŞ radiolokasiya stansiyasına altı PUA ilə zərbə endirdiyini açıqlayıb. SEPAH bu hücumu ABŞ hərbçilərinin addımlarına verilən "qətiyyətli və sarsıdıcı cavabın ikinci mərhələsi" adlandırıb.